Bakıda avtobus qəza törədib, sərnişinlər təxliyə ediliblər - FOTO
20
okt
2023
08:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda yol qəzası baş verib.
APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qara Qarayev prospektində qeydə alınıb.
Sərnişin avtobusu eyni istiqamətdə olan “Toyota” markalı maşına çırpılıb. Toyota isə “Hyundai”-a dəyib. İdarəetmədən çıxan avtobus yol ayrıcındakı beton səddə dəyərək dayanıb.
Avtobusdakı sərnişinlər təxliyə edilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Oxşar xəbərlər
Bakıda yük avtomobili beş maşına çırpılıb, xəsarət alanlar var - FOTO/VİDEO
Bakının Nərimanov rayonunda ağır yol qəzası qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində yol ötürücüsündə baş verib....