Bakıda avtobus piyadanı vurub
10
apr
2023
08:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunda 51 yaşlı kişini avtobus vurub.
BAKU.WS apa-ya itinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Yusifov Şaiq Xəlil oğlu yolun əks tərəfinə keçmək istəyərkən onu 36 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
Yaralı ağır bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
SON DƏQİQƏ! Bakıda 2 avtobus toqquşdu - çox sayda yaralı var - YENİLƏNİB
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iki avtobusun toqquşması ilə nəticələnən qəza barədə məlumat yayıb. Agentlikdən BAKU.WS-ə verilən xəbərə görə, yanvarın 30...