Bakıda ata və məktəbli oğlunun faciəli şəkildə öldükləri hadisənin TƏFƏRRÜATI

Bakıda ata və məktəbli oğlunun faciəli şəkildə öldükləri hadisənin TƏFƏRRÜATI
Hadisə 89

Bakı şəhərinin Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində ata və oğlunun öldükləri hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin öldüyü hadisədə qaz sızmasının hamamdakı su qızdırıcısına ("ptiminutka") görə baş verməsi dəqiqləşib.

Bildirilib ki, iyunun 7-nə keçən gecə Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində qısamüddətli fasilə olub. Bu səbəbdən onlar hamamda suyu açıq qoyublar ki, gələndə xəbər tuta bilsinlər. Su verilişi bərpa ediləndə hamamdakı qızdırıcısı işə düşüb. Beləliklə, su verilişindəki qısamüddətli kəsintilər səbəbindən qızdırıcıdan qaz sızıntısı başlayıb və mənzilə dolub.

Hadisə zamanı Əbülfəz Abıyev və kiçik oğlu Kamran hamamın yaxınlığındakı otaqda olduqlarından onlar yuxuda ikən qazdan zəhərlənərək ölüblər. Ailənin böyük oğlu Nurlan isə digər otaqda imiş.

İyunun 7-si saat 17 radələrində onlardan xəbər ala bilməyən yaxınları qapını açdırıblar və ata ilə 2 oğlunu huşsuz halda aşkar ediblər.

Həmçinin bildirilib ki, Əbülfəz Abıyevin allergiyası olduğundan pəncərələri bağlı saxlayıbmış.

Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Ə.Abıyev isə Avropa Azərbaycan Məktəbinin müəllimi imiş.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər