Bakıda ata Daun sindromlu qızına xəsarət yetirdi

Bakıda ata Daun sindromlu qızına xəsarət yetirdi
Hadisə 132

Bakıda ata qızına xəsarət yetirib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Bakı şəhər sakini Vahid Əliyev 2013-cü ildə ailə həyatı qurub. Onun bir qız övladı doğulub. Uşaqda Daun sindromu təsbit edilib.

Bir müddət əvvəl Vahid Əliyev evdə həyat yoldaşı ilə mübahisə edib. O, qadını mətbəx bıçağı ilə hədələyərək onu öldürəcəyini deyib. Həmin vaxt evdə olan qız valideynlərini sakitləşdirmək üçün onlara tərəf gəlib. V.Əliyev mobil telefonu götürərək qızının baş nahiyəsinə zərbə endirib. Qızı ağır xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib, uşağa yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və V.Əliyev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşaraq iş Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə V.Əliyev həyat yoldaşı və qızı ilə barışıb. Məhkəmənin qərarı ilə V.Əliyevə 10 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Lənkəranda TIR mikroavtobus ilə toqquşub, ölən və yaralananlar var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometr...

200 Hadisə 23:27 16 sentyabr 2026

Son xəbərlər