Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, onlar ərazidə xidmət aparan RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.
Oxşar xəbərlər
Ceyranbatan məscidinin axundu və 28 nəfər cərimələnib - FOTO
Ceyranbatanda Aşura mərasimi keçirmək istəyənlər cərimələnib. DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 30-da Abşeron rayonu Ceyranbatan...