Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən İlham Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, İlham Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin mart ayında paytaxtın Yasamal rayonunda baş verib. İlham Hüseynov kirayə yaşadıqları evdə mübahisə etdiyi həyat yoldaşı Şəhla Hüseynovanı 10 bıçaq zərbəsi ilə qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb.
İlham Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.
Oxşar xəbərlər
Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prose...