Bakıda aptekə basqın olub

Bakıda aptekə basqın olub
Hadisə 185

Bakıda aptekə basqın edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, R. Rüstəmov küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən "Vita" adlı aptekə daxil olan naməlum şəxs əlindəki bıçaqla satıcı İnci Quliyevanı hədələyərək kassada olan 1000 manat pulu götürüb və qaçıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər