Bakıda aptekə basqın etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda quldurluq edən şəxslər saxlanılıb.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, iyunun 9-da gecə saatlarında Nizami rayonu ərazisində yerləşən apteklərin birində tibbi maskalı 2 nəfərin satıcını bıçaqla hədələyib kassadan 300 manat pul talamaları barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Tuncay Quluzadə və Alı Cavadlı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Əvvəlcə cinsi əlaqədə olub, sonra sevgilisini yataqda… - Bakıda dəhşət - VİDEO
23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovan...