Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərovun məhkəməsi başlayır.
BAKU.WS "report"a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib.
S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Azərbaycanda 15 yaşlı qız onunla intim əlaqədə olan şəxsin həbs edilməməsini istədi: “Ailə quracam”
Azərbaycanda dövlət qurumunun əməkdaşı məhkəmə tərəfindən 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi üz...