Bakıda ana və 4 uşağı itkin düşüb - YENİLƏNİB

Bakıda ana və 4 uşağı itkin düşüb - YENİLƏNİB
Hadisə 2

Bakıda ana və 4 uşağının itkin düşməsilə bağlı xəbərə Daxili İşlər Nazirliyi tərəfindən açıqlama verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi sakini olan 32 yaşlı qadının oktyabrın 4-ü günorta saatlarında övladları ilə birgə itkin düşməsi ilə bağlı polis orqanına müraciət daxil olub.

"Bununla bağlı araşdırma aparılıb. Kriminal tərkib yoxdur. Onların harada olduqları məlumdur", - deyə qurum rəsmisi bildirib.

***11:22

Bakıda ana və 4 uşağı itkin düşüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan A.Salamzadə 14-cü Polis şöbəsinə müraciət edib.

A.Salamzadə bildirib ki, onunla eyni evdə yaşayan, arvadı - 1991-ci il təvəllüdlü Q.Salamzadə, övladları - 2004-cü il təvəllüdlü Ə.Salamzadə, 2006-cı il təvəllüdlü A.Salamzadə, 2008-ci il təvəllüdlü A.Salamzadə və 2010-cu il təvəllüdlü S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvanda çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər