Bakıda ailədaxili münaqişə: Yeniyetmə ögey atasını bıçaqladı

Bakıda yeniyetmə ögey atasını bıçaqlayıb.
BAKU.WS-in məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsindəki fərdi yaşayış evinin həyətində baş verib.
Ayaz Məmmədov (ad və soyad şərtidir) birlikdə yaşadığı ögey atası (zərərçəkmiş) sərxoş halda evə qayıtdığı üçün mübahisə zamanı bıçaqla hücum edib. Zərərçəkmişə sol döş qəfəsinin arxa divarına nüfuz edən yara (sol ağciyər yaralanması və hemopnevmotoraks), sol əlin ovuc səthinə kəsilmiş-deşilmiş yara və sol gicgah nahiyəsinə sıyrılmış xəsarət yetirilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, xəsarətlərin zərərçəkmişin manqala yıxılması nəticəsində yarandığını iddia edib. Lakin tibbi ekspertiza rəyləri xəsarətlərin bıçaqla vurulduğunu, yıxılma ilə uyğun olmadığını təsdiqləyib.
Bundan əlavə, zərərçəkmişin qohumları ilə səs yazıları, onun ilkin ifadələri və digər sübutlar cinayətin qəsdən törədildiyini sübut edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2007-ci il təvəllüdlü yeniyetməni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilib. Təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasına, zərərçəkmişlə barışmasına və şikayətin olmamasına görə cəzanı yüngülləşdirib.
Nəticədə, 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.
Oxşar xəbərlər
Bakıda körpə qızını qətlə yetirən ata 16 il həbs cəzası aldı
Bakı Ağır Cinayətlər Məhkəməsi 1983-cü il təvəllüdlü Valeriy Tolmaçev 2023-cü il təvəllüdlü körpə qızı Mədinə Tolmaçevanı (Qocayeva) qəsdən öldürməkdə təqsirli...
