Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib: Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, “oxu.az”ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, paytaxtın Azadlıq və Bakıxanov küçələrinin kəsişməsində iki nəqliyyat vasitəsi toqquşaraq səkiyə çırpılıb.
Nəticədə səkidə dayanan piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nəsimi RPİ əməkdaşları tərəfindən əraziyə baxış keçirib, araşdırma aparılır.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında məlumatı təsdiqləyib.
Oxşar xəbərlər
Lift müdirinin qızının keçmiş və yeni əri arasında QANLI DAVA: "Gəlməyən kişi deyil..."
Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının barələrində cinayət işi üzrə məhkəmə prosesi davam edib.BAKU.W...