Bakıda ağır qəza - ana pəncərədən çıxıb uşaqlarını belə xilas etdi - VİDEO

30
avq
2019
12:17
Bakıda baş verən dəhşətli qəza kameralara düşüb. BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan "Audi" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırdır. Sükan arxasında əyləşən xanım avtomobilin qapısını aça bilməyib. Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin ön sərnişin oturan şüşəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxardır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.Ətrafda olan insanlar yardıma tələsir. Avtomobil isə tüstüləyir. Ananın bu çevik hərəkəti qəza nəticəsində ağır xəsarət almanın qarşısını alır.Videonu təqdim edirik:
Oxşar xəbərlər
Bakıda maşın qarşı yola çıxıb aşdı - VİDEO
Bakı şəhəri, Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomo...
