Bakıda ağır qəza - 11 yaralı var

Bakıda ağır qəza - 11 yaralı var
Hadisə 508
Bakıda ağır yol qəzası baş verib. BAKU.WS xəbər verir ki, hadisə oktyabrın 7-də səhər saatlarında Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib:"İki nəfərin müalicəsi davam edir.Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".

Son xəbərlər