BAKIDA ADAM OĞURLUĞU- Maşına oturdub naməlum istiqamətə apardılar

BAKIDA ADAM OĞURLUĞU- Maşına oturdub naməlum istiqamətə apardılar
Hadisə 1746

Bakıda adam oğurluğu hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai RPİ 35-ci PB-yə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib.

35-ci PB əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla bigə S.Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z.Sultanov, A.Səmədzadə və qardaşı Fərid tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Aynur Ələkbərova 

BAKU.WS

Oxşar xəbərlər

Mərc oyununda 50 min uduzan gənc: qarşıma çıxan ilk qız uşağını oğurladım (VİDEO)

Mərc oyununda 50 min uduzan gənc: qarşıma çıxan ilk qız uşağını oğurladım (VİDEO)

Daxili İşlər Nazirliyi (DİN) Bakıda uşaq oğurluğu ilə məşğul olan şəxsin görüntüsü yayılıb. DİN-dən BAKU.WS-ə verilən məlumata görə, mayın 30-da naməlum şəxsin...

11076 Hadisə 11:00 02 iyun 2016

Son xəbərlər