Bakıda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza - Yaralılar var
08
noy
2024
07:09
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.
Belə ki, Mərdəkan-Qala şosesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.
Qəza zamanı ümumilikdə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, 9 nəfərdən ikisinin vəziyyəti ağırdır. Onlar Fatimə Qasımova və Əlfəddin Əlhüseynovdur.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda tikilidə yanğın baş verib
Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə...