Bakıda 56 yaşlı kişi 89 yaşlı atasını DÖYƏRƏK ÖLDÜRÜB

Bakıda 56 yaşlı Rasim Məlikov (ad və soyad şərtidir) 89 yaşlı atasını döyərək öldürüb.
BAKU.WS-in məlumatına görə, hadisə 19 mart 2024-cü il gecə saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mənzildə baş verib.
Təqsirləndirilən şəxs, orta dərəcəli sərxoş vəziyyətdə olarkən, xəstəliklərdən inildəyən 89 yaşlı atasını (zərərçəkmiş) mübahisə zamanı əl və yumruqla döyüb. Zərərçəkmişə baş beyin travması, qansızmalar, qançırlar və digər ağır xəsarətlər yetirilib, nəticədə o, xəstəxanada vəfat edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, atasının özü yıxıldığını iddia edib. Lakin tibbi ekspertiza rəyləri (169/2024 və 333 nömrəli) xəsarətlərin döyülmə nəticəsində yarandığını, yıxılma ilə uyğun olmadığını təsdiqləyib. Şahidlərin ifadələri, o cümlədən bir şahidin zərərçəkmişin oğlu tərəfindən əvvəllər də itələndiyini eşitməsi və polis çağırmağa mane olması kimi detallar da cinayəti sübut edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işinə baxış keçirərək, 1969-cu il təvəllüdlü Rasim Məlikovu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə təqsirli bilib.
Məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmaması kimi yüngülləşdirici halı nəzərə alıb, ağırlaşdırıcı hal müəyyən etməyib. Nəticədə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Oxşar xəbərlər
Ağcabədidə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sentyabrın 5-də saat 19 radələrində Ağcabədi rayonunun Pərioğlular kəndi ərazisində 16 yaşlı Fidan Mamedovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə pol...
