Bakıda 48 yaşlı qadının meyiti aşkarlanıb

06
iyn
2022
15:37
Bakıda mənzildə 48 yaşlı qadının meyiti aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb
Bakıda mənzildə 90 yaşlı qadının meyiti tapılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, naz...