Paytaxtın Yasamal rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Bakının Yasamal rayonu ərazisində avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emil Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.
*** 11:00
Yasamalda qətl hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, avqustun 23-də saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: "Lexsus" kanala aşıb, 5 nəfər boğularaq ölüb
Biləsuvar rayonunda baş vermiş ağır yol qəzasında ölən 5 nəfərin kimliyi məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü Vasif...