Bakıda 39 yaşlı kişi qonşusunu bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələnib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda baş verib.
Qəsəbə sakini 1981-ci il təvəllüdlü Rəhimov Seymur Adıgözəl oğlu qonşusu, 1965-ci il təvəllüdlü Əliyev Dadaş Bəybala oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə S.Rəhimov D.Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən S.Rəhimov saxlanılıb, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Ötən il cinayət törətmiş qadınların sayı açıqlanıb
2019-cu il ərzində ölkədə 26672 cinayət faktı qeydə alınıb ki, bu da 2018-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeyd...