Bakıda 30 yaşlı kişi küt alətlə qətlə yetirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 30 yaşlı kişi başına küt alətlə vurularaq öldürülüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Arvadı intim münasibətdən imtina etdi, ürəyindən bıçaqlayıb boğazını kəsdi - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - VİDEO
Xaçmaz rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Eynulla Musayevin cinayət işinə baxılıb. BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, dəhşətli qətl...