Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS qafqazinfo-ya istinadla xəbər verir ki, avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib.
Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.
İnsidenti törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Qeyd edək ki, qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibidir. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib.
Nurəddin Məmmədli 3 ildir ki, ailəli imiş.
Qalereya
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...