Bakıda 200 yaşı olan binadakı uşaq bağçası ilə bağlı RƏSMİ AÇIQLAMA

25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən BAKU.WS-ə bildirilib. Qeyd edilib ki, uşaq bağçasının boru xətləri mart ayının bayram günlərində təmir edilib.
Bağçanın pəncərələri ilə bağlı məsələ də BŞTİ tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda məsələnin həlli istiqamətində müvafiq işlər görüləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
***15:25
Bakının Səbail rayonundakı 1825-ci ilə aid binada yerləşən körpələr evi-uşaq bağçasının təmirsiz vəziyyəti sakinləri təngə gətirib.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, bağçanın sanitar qovşağından axan çirkab sular sakinlərin mənzillərini yararsız hala salıb. 8 ailənin yaşadığı mənzilin ikinci mərtəbəsində fəaliyyət göstərən uşaq bağçasının əsaslı təmirə ehtiyacı olduğu bildirilib.
Adil İsgəndərov 17 ünvanında yaşayan Rəsmiyyə Bədəlova deyir ki, bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət olunub.
Sakinlər küləkli havada evdən bayıra çıxa bilmədiklərini deyirlər.
Onlar iddia edirlər ki, bağçanın eyvanındakı çərçivələr və şüşələr havalar dəyişdikdə təhlükəli vəziyyət yaradır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda idman meydançasından meyit tapıldı
Paytaxtın Sabunçu rayonunda meyit tapılıb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi Sülh küçəsi 12-də yerləşən binanın həyətindəki idm...
