Bakıda 176 nömrəli orta məktəbdə yanğın olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 176 nömrəli orta məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
FHN-dən BAKU.WS-ə bildirilib ki, həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçmərtəbəli məktəb binasının zirzəmisində 20m² sahəyə yığılmış parta, şkaf və digər avadanlıqlar, o cümlədən zirzəmidən keçən elektrik kabelləri 7p.m. yanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının məktəb binasına keçməsinə imkan verilməyib.
Qalereya
Oxşar xəbərlər
Şərurda mənzildə yanğın olub - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən BAKU.WS-ə verilən xəbərə görə,...