Bakıda 16 kq narkotiki qəbiristanlıqda gizlədən şəxs saxlanılıb - VİDEO

Bakıda 16 kq narkotiki qəbiristanlıqda gizlədən şəxs saxlanılıb - VİDEO
Video
Hadisə 95

Bakının Xətai rayonunda 16 kiloqram narkotik vasitəni qəbiristanlıqda gizlədən şəxs saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb.

Onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbiristanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub.

Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO

Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...

1270 Hadisə 14:12 29 oktyabr 2021

Son xəbərlər