Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 13 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...