Bakıda 12 yaşlı qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb - VİDEO

Bakıda 12 yaşlı qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb - VİDEO
Video
Hadisə 179

Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya quran zaman pəncərədən yıxılıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə təcili tibbi yardım çağırılıb. Ancaq azyaşlını həyata qaytarmaq mümkün olmayıb.

Hazırda faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər