Bakıda 12 avtomobili əzən maşının sahibi və sürücü məlum oldu – VİDEO
02
may
2019
15:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Land Cruiser" markalı, 10 MV 984 dövlət nömrə nişanlı avtomobil Gültəkin Şahverən qızı Günəşovanın adına qeydiyyatdadır.BAKU.WS-in əldə etdiyi məlumata görə, Rafiq Gülbala oğlu Günəşovun adına isə etibarnamə verilib.Hadisəni törədən isə Sənan Yaşar oğlu Kərimov olub. Həmin şəxs artıq saxlanılıb.Qeyd edək ki, ötən gün Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazimovskiy 56 ünvanda yerləşən binanın həyətində bahalı maşınların “soyqrımı" yaşanıb.Belə ki, 10 MV 984 dövlət nömrə nişanlı avomobil həyətdə dayanan 12 maşını vurub. Sürücüsü yüksək sürətlə maşını dayancaqda hərəkət etdirir və manevrlər edir. Sürücü artıq saxlanılıb.
Oxşar xəbərlər
Bakıda 12 avtomobilin əzildiyi ərazidən sonrakı mənzərə – VİDEO
Bakının Binəqədi rayonu ərazisində 12 avtomobili əzən "Land Cruiser" markalı avtomobilin törətdiyi hadisədən sonra ərazidə əzilən maşınların görüntülərini təqdi...