Bakı-Sumqayıt yolunda sürücünü təhqir etdi, 5 gün həbs edildi

Bakı-Sumqayıt yolunda sürücünü təhqir etdi, 5 gün həbs edildi
Hadisə 8530

Sumqayıt-Bakı yolunun Abşeron rayon ərazisindən keçən hissəsində ona yol verməyən sürücüyə qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub. 

BAKU.WS Qaynarinfo-ya istinadən xəbər verir ki, 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş P.D.-ya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, ali təhsilli olan P.D. "Toyota Rav 4" markalı avtomobil ilə Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olarkən O.V. idarə etdiyi maşınla düzgün manevr etməyərək, toz qaldıraraq onun yanından keçib. P.D. da cavab olaraq avtomobilini onun maşınının qarşısına sürüb və onu təhqir edib. Daha sonra əlinin orta barmağını havada aşağı-yuxarı hərəkət etdirərək ona qarşı qeyri-etik hərəkətlər edib. Zərərçəkmiş şəxs P.D-dan şikayətçi olduğunu bildirib. 

Məhkəmənin qərarı ilə P.D. 5 gün həbs edilib

Oxşar xəbərlər

Xırdalanda restoranda yanğın olub

Xırdalanda restoranda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub. M...

128 Hadisə 22:26 25 mart 2025

Son xəbərlər