Bakı-Sumqayıt yolunda hərəkət dayanıb – Sürücülər bir saatdır yolda qalıb
Bakı–Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, yolda sıxlıq yaranıb.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilmiş və hərəkət tam bərpa edilib.
***12:26
Bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı istiqamətində əsas magistral yolda böyük tıxac yaranıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Məlumata görə, yol artıq 1 saatdan çoxdur bağlıdır. Nəticədə yüzlərlə nəqliyyat vasitəsi yolda hərəkətsiz qalıb.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşan şəxs saxlanılıb
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluq edə...