Bakı şəhər İcra Hakimiyyətinin maşınından oğurluq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, sentyabrın 21-də Bakı şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə məxsus “İveco” markalı avtomobildən 2187 manat dəyərində akkumulyator və 5 ədəd təkər oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...