Bakı-Şamaxı yolunda qəzada ölən və xəsarət alanların adları AÇIQLANDI - VİDEO

Bakı-Şamaxı yolunda qəzada ölən və xəsarət alanların adları AÇIQLANDI - VİDEO
Foto Video
Hadisə 1088

Şamaxıda ağır yol qəzası zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Qobustan sakini Qüdrət Şahverdiyev idarə etdiyi 90-BD-843 dövlət nömrə nişanlı "KİA Rio" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşı tərəfdə, eyni istiqamətdə hərəkət edən 37-AC-065 dövlət nömrə nişanlı yanacaq daşıyan "KamAZ" markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb.

Hadisə zamanı sürücü Q. Şahverdiyev və sərnişinlər, 1978-ci il təvəllüdlü Şahverdiyeva Sevda Oqtay qızı və 2011-ci il təvəllüdlü Məmmədov Fateh Nəsimi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Diaqnostika Mərkəzinə və rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 2000-ci il təvəllüdlü Məmmədova Aytac Nəsimi qızı isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər