Bakı-Şamaxı yolunda ağır qəza: ÖLƏNLƏR VAR
20
iyn
2022
10:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, magistralın 30-cu kilometrliyində - Abşeron rayonu ərazisində “Opel” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə minik avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü Babək Məmmədov və sərnişini Samirə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Əri Rusiyada olan qadın tanış olduğu kişi ilə saunada görüşdü - Döyüldü və zorlandı
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər ve...