Bakı sakinindən saxta pul və narkotik götürülüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı sakinindən saxta pul və narkotik götürülüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nurlan Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 ədəd 100 manat, 1 ədəd 20 manat, 1 ədəd 5 manat saxta əsginas, həmçinin, 2,6 qram heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanılan şəxs üzərində aşkarlanan saxta pulu tanımadığı şəxsə narkotik vasitə satarkən əldə etdiyini bildirib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qalereya
Oxşar xəbərlər
15 kiloqrama yaxın narkotik satışının qarşısı alındı - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat təd...