Bakı-Quba yolunda ağır qəza yerüstü qaz xəttini deformasiyaya uğradıb - YENİLƏNİB + VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Quba rayonu, Vəlvələ kəndi ərazisində baş verən qəza zamanı “KamAZ” markalı yük avtomobili diametri 108 millimetrlik orta təzyiqli yerüstü qaz xəttini deformasiyaya uğradıb”.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən oxu.az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, texniki baxış zamanı qaz sızması aşkar olunmadığından sözügedən xəttdə təmir işlərinin görülməsi növbəti həftənin ilk iş günlərində planlaşdırılır:
“Bununla bağlı əlavə məlumat veriləcəkdir”.
16:35
***17:00
Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, ilkin məlumata görə, iki çoxtonnajlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri yol kənarındakı marketə çırpılıb.Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü iddia edilir. Nəqliyyat vasitələri yolun hərəkət hissəsindən çıxarılmadığı üçün Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saatdan çoxdur məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...