Bakı-Qazax yolunda zəncirvari QƏZA: Xəsarət alanlar var
Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində avtomobillərdə olan 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Xəsarət alanlar 43 yaşlı Fərqanə Lətif qızı Bayramova, 34 yaşlı Türkanə Səfi qızı Qurbanova, 36 yaşlı Ramilə Əli qızı Daşdəmirova, 68 yaşlı Arif Lətif oğlu Rüstəmov və 54 yaşlı Qərənfil Lətif qızı Məmmədovadır.
Hazırda faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO
Bakıda kafelərin birində kütləvi dava baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. Tərəflər aras...