Bakı-Qazax yolunda pambıqla dolu maşın aşıb
11
noy
2025
13:45
Ucarda yük maşını aşıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib. Yevlax rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.
Nəticədə yolun bir hissəsi qismən bağlanıb. Avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün dediyinə görə, hadisəyə maşındakı nasazlıq səbəb olub.
Oxşar xəbərlər
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO
Bakıda kafelərin birində kütləvi dava baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. Tərəflər aras...