Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI
Video
Hadisə 130

Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "Mercedes Vito" avtomobil ilə "Honda" markalı avtomobil toqquşub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən bildirilib ki, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO

Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO

Bakıda kafelərin birində kütləvi dava baş verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. Tərəflər aras...

52 Hadisə 10:05 24 oktyabr 2026

Son xəbərlər