Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəzanı əks etdirən videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, yolun sürüşkən olması səbəbindən yük avtomobili aşıb.
BAKU.WS xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.
Bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi fevralın 12-də saat 17:50-də Bakı-Qazax yolunun 37-ci kilometrliyində qeydə alınıb.
"Ərəstun Abasqulu oğlu Abasov DAF markalı, 77-MO-641 dövlət nömrə nişanlı yük avtomobili ilə üzü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanır.
Oxşar xəbərlər
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə...