Bakı polisindən XƏBƏRDARLIQ - Bu şəxslər sərt cəzalandırılacaq

Bakı polisindən XƏBƏRDARLIQ - Bu şəxslər sərt cəzalandırılacaq
Hadisə 576

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var.

"Cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq ən müasir metod və texnologiya imkanlarından geniş istifadə olunur".

O həmçinin bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır və bu tədbirlər kampaniya xarakteri daşımır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər