Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb

Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb
Hadisə 0

“Azərişıq” ASC-yə məxsus 6 kV-luq hava xəttinin qırılaraq dəmiryolu xəttini qidalandıran elektrik kabelinin üzərinə düşməsi səbəbindən Bakı-Pirşağı-Bakı dəmiryolu istiqamətində qatarların hərəkəti dayandırılıb.

ADY-nin mətbuat xidmətindən faktı "Report"a təsdiq ediblər.

Bildirilib ki, qeyd edilən hadisə Pirşağı-Zabrat mənzilində baş verib. Bu səbəbdən də qəzanın nəticələri aradan qaldırılanadək həmin istiqamətdə qatarların hərəkəti dayanıb.

Eyni zamanda, Sumqayıt stansiyasından 18:12-də çıxmalı qatar hadisə ilə bağlı olaraq 20 dəqiqəlik gecikmə ilə Sumqayıt-Xırdalan-Bakı istiqamətinə ötürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda qatarın gənci vurması ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB

Azərbaycanda qatarın gənci vurması ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB

Tovuz rayon sakini Eldəniz Cəfərovun qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır. Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib...

5 Hadisə 12:27 09 dekabr 2023

Son xəbərlər