Bakı-Naxçıvan reysinin təyyarəsi tufanla əlaqədar eniş edə bilməyib
20
iyn
2023
23:43
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-265 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmaq qərarına gəlib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Təyyarə saat 22:50-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Oxşar xəbərlər
Bakıdan Tbilisiyə uçan "Buta Airways"in təyyarəsi tufana görə geri qayıdıb
AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına q...