Bakı metrosundan sərnişinlər təxliyyə ediliblər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metrosunda həyəcanlı anlar baş verib.
Bunu BAKU.WS-ə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Həzi Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda qoxu hiss edilib. Nəticədə sərnişinlər qatardan təxliyyə edilib.
Qatara baxış keçirilib. Hansısa texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin natahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və depoya yola salınıb. Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qaldırıldıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək.
Oxşar xəbərlər
Bakı metrosunda həyəcanlı anlar – Sərnişinlər təxliyyə olundu – VİDEO
Ötən gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Hadisə şahidlərinin sözlərinə görə, “Həzi Aslanov” stans...