Bakı metrosunda xışıltı sərnişinləri vahiməyə saldı - Təşvişə düşən sərnişinlər vaqonu tərk etdilər

Bakı metrosunda xışıltı sərnişinləri vahiməyə saldı - Təşvişə düşən sərnişinlər vaqonu tərk etdilər
Hadisə 2540
Bu gün saat 10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında tunelə daxil olan qatarda vaqonların birində həyəcanlı anlar yaşanıb. BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, sərnişinlərin bəziləri qapılar açılar-açılmaz vaqondan hövlnak düşüblər.Sərnişinlərin sözlərinə görə, qarşı oturacaqdan qəribə səs gəlib. Məsələyə aydınlıq gətirmək, hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. B.Məmmədov faktı təsdiqləyərək son vəziyyəti açıqladı:“09:47-də metronun “Elmlər Akademiyası” stansiyasında belə bir hadisə baş verib. Qatarın havalandırma sisteminin səsində xışıltı olub. Həmin səs bir neçə nəfərdə qorxu yaradıb”.“Lakin mənə bildirilib ki, hazırda həmin qatarın hərəkətində hansısa problem, texniki nasazlıq yoxdur. Həmin qatar xətdədir”, - deyə mətbuat katibi əlavə edib.

Son xəbərlər