Bakı metrosunda qatarların hərəkəti ləngidi
29
iyn
2022
19:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın sərnişin salonu qapısının işarəvermə sistemi işə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Maşinist təlimat tələbinə uyğun olaraq, sərnişinləri "Sahil" stansiyasında düşürüb və yoluna davam edib.
Qatarda hər hansısa problem müşahidə olunmasa da, təkrar yoxlama üçün qatar xətdən çıxarılıb. Əvəzinə qatar verilib.
Bu səbəbdən "Nəriman Nərimanov-Həzi Aslanov" istiqamətində bir marşrut üzrə intervaldan əlavə 2 dəqiqə fərq yaranıb.
Oxşar xəbərlər
Bakı metrosunda maşinist kabinəsinin qapısı bağlanmadı, interval 9 dəqiqəyə qalxdı
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib. Məlumatda deyilir: "Dərnəgül"...