Bakı metrosunda qatarlarda ləngimənin SƏBƏBİ BİLİNDİ

Bakı metrosunda qatarlarda ləngimənin SƏBƏBİ BİLİNDİ
Video
Hadisə 302

Metroda yaranmış ləngimələrin səbəbi bilinib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Metropolitenin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, "Elmlər Akademiyası" stansiyasında vaqonlardan birinin qapısına kənar müdaxilə olduğundan maşinist baxış keçirib. Qapılarda heç bir problem aşkarlanmasa da, təkrar yoxlamadan sonra, təlimat tələblərinə uyğun olaraq, maşinist qapıların sərnişinsiz hərəkət zamanı yoxlanması barədə qərar verib. Mənzil boyunca qatarın qapıları normal vəziyyətdə çalışdığında, "Nizami" stansiyasından sərnişinlə yoluna davam edib.

"Hazırda qatar xətdə çalışır. Bunun nəticəsində xətdə cüzi yubanmalar yaranıb. Metropolitenin Yaşıl və Qırmızı xətləri kəsişərək birləşdiyindən bu, təsirlər hər iki xətt üzrə qatarların hərəkət nizamına təsir edib. Lakin qısa müddət ərzində aradan qaldırılıb. Sentyabrın 15-dən intervalların azaldılması ilə bağlı tətbiq edilmiş yeniliklə əlaqədar pik saatlarda xətlərdə daha çox qatarın hərəkətdə olması yaranan nasazlıqlar zamanı təhlükəsizlik baxımından xüsusi tənzimləmələrin tətbiq olunmasını tələb edir. Bu da bəzi hallarda qatarların stansiya, tunel və platformalarda gözlədilməsi zərurətini yaradır. Sərnişinlərdən bir daha xahiş edirik ki, qatarların hərəkətini yubadacaq hallara yol verilməsin".

***09:11

Bakı metrosunda qatarların hərəkətində ləngimə olub.

Bu barədə sərnişinlər BAKU.WS-in "qaynar xətti"nə müraciətdə bildiriblər.

Qeyd olunub ki, "Dərnəgül" - "Həzi Aslanov" stansiyası üzrə hərəkət edən qatar bir neçə stansiyada normadan artıq dayanıb, həmçinin tuneldə də gözləməli olub.

Həmçinin bildirilib ki, bəzi qatarlarda da oxşar problem yaşanıb.

Sözügedən kadrları təqdim edirik:

Banu Hüseynli

Son xəbərlər