Bakı metrosunda qadın qatar yoluna düşdü

Metronun "Azadlıq Prospekti" stansiyasında orta yaşlı sərnişin (qadın) qatar yoluna düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, hadisə bu gün saat 21:54-də "Həzi Aslanov-Dərnəgül" reysi ilə hərəkət edən qatarın hərəkəti zamanı qeydə alınıb.
Qatar stansiyaya daxil olanda, qadın stansiya yoluna düşüb.
Təlimata uyğun olaraq, dərhal gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb. Qadın stansiya yolundan çıxarılıb. On dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb.
O, qeyd edib ki, qadın sağdır, hadisənin intihar yaxud ehtiyatsızlıqdan baş verdiyi araşdırılır.
Oxşar xəbərlər
Bakı metrosunda qorxulu anlar - Qadın qatar yoluna yıxıldı
Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Bu barədə Bakı Metropoliten QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib. Onun sözlər...
