Bakı metrosunda nə baş verib? - Qatarlar yubandı

Bakı metrosunda qatarların hərəkətində böyük yubanmalar qeydə alınıb.
Bu barədə hadisə şahidlərin BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilib ki, qatarlar təxminən 10 dəqiqə yubanıb.
Məsələyə aydınlıq gətirmək üçün Bakı metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, hadisə qatarda yaranmış texniki nasazlıq səbəbindən baş verib.
Onun sözlərinə görə, "İçərişəhər" stansiyasında texniki nasazlıq səbəbilə qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb. Xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.
Oxşar xəbərlər
Bakı metrosunda qatarda problem yarandı, sərnişinlər düşürüldü - YENİLƏNİB
Saat 7:26-da "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə baxış keçirilməsi zərurəti yaranıb. Bu barədə BAKU.WS-ə "Bakı Me...
