Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI

Metroda yaranan fasilənin səbəbi AÇIQLANDI
Hadisə 306

Bakı metrosunda yaranan fasilənin səbəbi açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

"Ötən ilin ilk tədris günü ilə müqayisədə sərnişin həddən artıq çoxdur. Hansı nasazlıqdan danışıldığını bilmirəm. Sadəcə, səhər pik saatlar başlayana qədər qatarların biri depoya getməli, digəri depodan çıxmalıdır. Qatar "Nərimanov" metrosundan elektrik deposuna gedəndə və əks istiqamətdən qayıdanda "Ulduz" - "Həzi Aslanov" istiqamətində iki dəfə artıq interval yaranır. Üstəlik, qapıların saxlanılması və sərnişin sıxlığını nəzərə alsaq, qısamüddətli gecikmələr mümkündür. Ancaq bu gecikmələr dərhal aradan qaldırılır. Başqa bir texniki problem yoxdur", - deyə B.Məmmədov bildirib.

***09.36

Bu gün Bakı metrosunun fəaliyyətində fasilə yaranıb.

Bu üzdən "Həzi Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatar metronun "Ulduz" istiqamətində 6 dəqiqə gözləməli olub.

Yenisabah.az xəbər verir ki, hərəkətin dayanmasına səbəb metro qatarında yaranan nasazlıq olub.

Metropoliten rəsmilərinin hadisə ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Oxşar xəbərlər

Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ

Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi keçirilib. Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər M...

88 Hadisə 21:31 18 sentyabr 2024

Son xəbərlər