Bakı metrosunda hərəkət bərpa olundu - YENİLƏNİB

Bakı metrosunda hərəkət bərpa olundu - YENİLƏNİB
Hadisə 453

"Metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub".

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O əlavə edib ki, qatarlar yubanma, interval problemi olmadan hərəkət edir.

***09:51

Səhər saatlarından Bakı metrosunun fəaliyyətində problem yaranıb.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.

Məlumata görə, metroda hərəkət edən qatarların sürəti xeyli azalıb, eskalatorlar isə işləməyib. Bu səbəbdən vətəndaşlar piyada qalxmalı olublar.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, "Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu səhər Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA

Bu səhər Bakı metrosunda nə baş verib? - RƏSMİ AÇIQLAMA

Bu gün səhər saatlarında Bakı metrosundan istifadə edən sərnişinlər problemlər yaşayıblar. Bu barədə sərnişinlər BAKU.WS-in “qaynar xətti”nə müraciət ediblər. B...

7521 Hadisə 09:28 23 yanvar 2020

Son xəbərlər